ABŞ Kiyevdən NATO-ya üzv olmaqdan imtina etmək də daxil olmaqla bəzi güzəştlər etməsini tələb edir.
Metbuat.az xəbər verir ki, Vaşinqton Krımla bağlı Rusiyanın maraqlarına uyğun qərar verə bilər. “Wall Street Journal” qəzeti ABŞ-nin Ukrayna böhranının həlli üçün Kiyevdən tələb etdiyi addımlar barədə hesabat dərc edib. Xəbərdə deyilir ki, Vaşinqton Krımı Rusiya ərazisi kimi tanıya bilər. Mənbələr qəzetə bildiriblər ki, ABŞ-nin tələbləri Ukrayna tərəfinə təqdim edilsə də, hələlik Kiyev mövqe ortaya qoymayıb.
Mənbələrin məlumatına görə, Kiyevin cavabından asılı olaraq ABŞ, Avropa İttifaqı və Ukraynanın mövqeləri üst-üstə düşərsə, Rusiyaya təkliflər verilə bilər.