ABŞ-nin keçmiş prezidenti Co Bayden tədbirlərdə çıxışı müqabilində 300 min dollar tələb edib.
Metbuat.az xəbər verir ki, keçmiş prezidentin tələb etdiyi məbləğ onu dinləmək istəyənlərin sayını azaldıb. “New York Post” qəzeti öz mənbələrinə istinadən yazıb ki, vəzifədən getdikdən sonra tədbirlərdə spiker kimi fəaliyyət göstərən Co Bayden çıxış üçün 300 min dollar tələb edib. Baydenin tələb etdiyi məbləğin ABŞ-nin 44-cü prezidenti Barak Obamanın 2017-ci ildə vəzifəsini tərk etdikdən sonra tələb etdiyi 400 min dollardan 25 faiz aşağıdır. Qəzetə danışan mənbə bildirib ki, Co Baydeni təmsil edən agentlik çox tədbir sifarişi almır.
Qeyd edək ki, ABŞ tarixinin ən yaşlı prezidenti olan Co Bayden çıxışlarda müntəzəm olaraq səhv ifadələr səsləndirərək, siyasi rəqiblərinin onu tənqid etməsinə əsas verib.