Hollandiyanın şərqində, Almaniya sərhədinə yaxın Hezingen qəsəbəsində qızıl və gümüş xəzinəsi aşkar edilib.
Metbuat.az xəbər verir ki, xəzinə 1300 il əvvələ aiddir. Məlumata görə, arxeoloji qazıntılar zamanı 100-ə yaxın qızıl və gümüş sikkələr, həmçinin qızıl kulon, sırğalar və müxtəlif qiymətli metal parçalar aşkar edilib. Arxeoloqlar qiymətli əşyaların ritual məqsədlər üçün istifadə edildiyinə dair dəlillər tapıb. Belə ki, xəzinə qurbanlıq mərasimlərinin keçirildiyi güman edilən ərazidə tapılıb. Tapıntılar bölgədə yaşayan alman icmalarının bütpərəst inanclarını qoruduğunu göstərir. Lakin 7-ci əsrin əvvəllərindən etibarən xristian missionerlərinin təsiri ilə bu ənənələrin tərk edildiyi güman edilir.
Məlumata görə, dövrün xristianları bu cür qurbanları “şeytanın pulu” kimi qələmə verirdilər və almanların xristianlığı qəbul etməsi üçün köhnə tanrılarından və ayinlərindən imtina etmələri tələb edilirdi.