ABŞ-nin çip istehsalçısı “Nvidia” şirkəti, Çinə ixrac məhdudiyyətlərinə görə 5,5 milyard dollar xərclə üzləşəcəyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, ABŞ administrasiyası süni intellekt sahəsində tanınmış şirkət olan “Nvidia”nın satdığı H20 modelinin Çinə ixracına lisenziya şərti irəli sürüb. Məlumata görə, şirkət bu məhsulu Çin və Honq Konqda satmaq üçün xüsusi icazə almalıdır. Xəbərdə deyilir ki, bu lisenziya məhsulların Çində superkompüterə yönəldilməsi və ya istifadə edilməsi riskinə qarşı tədbirdir. Bildirilir ki, yeni tənzimləmədən sonra “Nvidia” səhmləri 6 faiz dəyər itirib.
Qeyd edək ki, qərarın ABŞ və Çin arasında artan ticarət müharibəsinin bir hissəsi olduğu irəli sürülür. Hər iki ölkə qarşılıqlı olaraq bir çox məhsula yüksək tariflər tətbiq edib.