ABŞ və Çin gərginliyi iki ölkə arasında ticarəti 81 faiz azaladacaq.
Metbuat.az xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatı belə açıqlama verib. Bildirilib ki, bu, beynəlxalq ticarətə də zərər verəcək. Bildirilir ki, bundan əvvəl ticarətin 2,7 faiz artacağı proqnozlaşdırılmışdı. Lakin ABŞ və Çin arasındakı gərginlikdən sonra ticarətin 0,2 faiz azalacağı irəli sürülür. Açıqlamada, “ABŞ və Çin arasında ticarətin smartfonlar kimi texnologiya məhsulları istisna olmaqla 81% - 91% azalacağı proqnozlaşdırılır” - deyə bildirilib.
Açıqlamda deyilir ki, ABŞ-nin gömrük siyasəti Vaşinqtonun iqtisadiyyatına da zərər verəcək.