Almaniyanın gələcək kansleri Fridrix Merts Ukraynanın hələ Rusiya ilə müharibə şəraitində olduğu müddətdə Avropa İttifaqına və NATO-ya üzv olmasına qarşı çıxır.
Metbuat.azxəbər verir ki, bu barədə o, "Handelsblatt" qəzetinə verdiyi müsahibədə danışıb.
"Ukrayna hazırda müharibə vəziyyətindədir. Müharibə vəziyyətində olan bir ölkə nə NATO-ya, nə də Avropa İttifaqına üzv ola bilər. Bu, hazırkı məqamla bağlıdır", – deyə almaniyalı siyasətçi bildirib.
O deyib ki, bu məqsədə çatmaq üçün müharibənin əvvəlcə başa çatması vacibdir.