Müğənni Elçin Cəfərov "Xəzər axşamı" verilişində qonaq olub.
Metbuat.az Axşam.az-a istinadla xəbər verir ki, proqram zamanı sənətçinin keçmiş həyat yoldaşı Aydanın boşandıqdan sonra onun konsertində olduğu görüntülər nümayiş olunub.
Elçin aparıcı Mətanət Əliverdiyevanın "Bir ara dedilər ki, barışmısınız" sözlərinə "Çox xahiş edirəm, bu mövzunu bağlayaq. Danışmaq istəmirəm" cavabını verib.
Qeyd edək ki, Aydan Xalq şairi Sabir Rüstəmxanlının qızıdır. Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nikahdan bir oğlan övladları var.