Bakı. Trend:
ABŞ administrasiyasının rəhbəri Donald Tramp hesab edir ki, Ukrayna böhranının nizamlanması üçün Rusiya Prezidenti Vladimir Putinlə Vladimir Zelenski arasında görüş keçirilməsi zəruridir. Tramp bu mövqeyini oktyabrın 12-də Ohayo ştatına yola düşməzdən əvvəl Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı ifadə edib.
“Bildiyim yeganə şey budur ki, bu mənasız müharibəyə son qoymaq üçün Zelenski və Putin görüşməlidirlər”, – deyə Tramp Ukraynada nizamlanma perspektivləri ilə bağlı suala cavabında bildirib.
“Düşünürəm ki, onlar [hər iki tərəf] razılaşma əldə etmək istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər. Amma biz onların razılaşma əldə etməsinə nail olacağıq”, – deyə Tramp əlavə edib.
Sentyabrın 23-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Zelenski Rusiya rəhbərliyi ilə təmas qurmaq istəyirsə, Moskvaya gələ bilər və ona təhlükəsizlik zəmanətləri veriləcək.