Bakı. Trend:
Azərbaycanlı futbolçu Ramin Əhmədov karyerasını Özbəkistan Superliqasında davam etdirə bilər.
Başa çatan mövsümü Qırğızıstanda “Ozgon”un heyətində parlaq çıxış edən, 14 qolla bombardilər siyahısında yer alan və komandası ilə 2-ci yeri tutan Əhmədov Özbəkistanın bir neçə klubunun maraq dairəsindədir.
Onlar arasında “Dinamo”(Səmərqənd) və “Lokomotiv” klubları var. Əhmədovun hansı qərarı verəcəyi qış "transfer pəncərəsi" zamanı bəlli olacaq.