Bakı. Trend:
ABŞ yeni termonüvə hava bombası olan B94-ün hazırlanmasını planlaşdırır. Layihəyə 77,1 milyon dollardan çox vəsaitin ayrılması nəzərdə tutulur.
Bu barədə ABŞ Senatının Təxsisatlar Komitəsinin dərc etdiyi sənəddə bildirilib.
“The War Zone” nəşrinin məlumatına görə, yeni bomba NDS-A proqramı çərçivəsində hazırlanır və dərinlikdə yerləşən möhkəmləndirilmiş hədəfləri məhv etmək üçün nəzərdə tutula bilər. Mütəxəssislər onun köhnəlmiş B83-1 bombalarını əvəz edə biləcəyini ehtimal edirlər.
Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının nümayəndəsi bildirib ki, proqram ABŞ-yə əlavə nüvə imkanları qazandırmağı hədəfləyir. Layihə üzrə işlər sürətlə davam edir.
Qeyd edək ki, ABŞ hazırda sualtı qayıqlardan buraxılan ballistik raketlər üçün nəzərdə tutulmuş W93 nüvə başlığını da hazırlayır.