Bakı. Trend:
Milli Məclisdə deputat Səyyad Aran deputatlara verilən çıxış vaxtına etiraz edib.
Trend-in müxbirinin xəbərinə görə, Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat çıxış üçün dünənki plenar iclasdakı kimi 10 dəqiqə zaman istəyib.
“Bura Milli Məclisdir, “danışmaqxana”dır. Türkiyədə Böyük Millət Məclisində, Rusiyada danışığa sərhəd qoyulmur. Belə şey olar?!" - deyə o qeyd edib.
Spiker Sahibə Qafarova isə deputata cavabında bildirib ki, çıxış müddətinin 5 dəqiqə olması təklifi səs çoxluğu ilə qəbul edilib:
“Birincisi, bura “danışmaqxana” deyil, parlamentdir. Xahiş edirəm, parlament etikasından və leksikasından istifadə edin. İkinci, isə təklif olundu ki, reqlament 5 dəqiqə olsun və səs çoxluğu ilə də bu qəbul edildi. Əgər siz bir neçə dəqiqə artıq danışmaq istəyirsinizsə, buyurun. Deyin ki, mənə bir neçə dəqiqə verin, mən onu sizə verəcəm. Ancaq siz büdcə məsələsinə niyə ittihamla başlayırsınız? Xahiş edirəm, buyurun, nə qədər istəyirsiniz, ürəyiniz nə qədər istəyir danışın”.