Bakı. Trend:
BMT Təhlükəsizlik Şurasının oktyabrın sonunda mandatını uzada bilmədiyi Qərbi Saharada Referendumun Keçirilməsi üzrə BMT Missiyasının (MINURSO) ilk heyət qrupu regionu tərk edib.
Bu barədə “Hespress” xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, “bazar ertəsi axşam saatlarında MINURSO əməkdaşlarının Əl-Ayun şəhərində yerləşən I Həsən adına Beynəlxalq Hava Limanı vasitəsilə bölgədən çıxarılmasına başlanılıb”.
Bildirilir ki, beş hərbçidən ibarət ilk qrup artıq Əl-Ayun şəhərindən uçaraq regionu tərk edib.
“Hespress”in qeyd etdiyi kimi, proses qarşıdakı günlərdə qrafikə uyğun olaraq davam etdiriləcək və missiyanın qalan bütün əməkdaşları mərhələli şəkildə bölgədən çıxarılacaq.