Bakı. Trend:
Almaniya və Niderland milli komandaları futbol üzrə Millətlər Liqasının pley-off mərhələsinə vəsiqə qazanıblar.
Qrup mərhələsinin son turunda Almaniya millisi doğma meydanda Niderland yığmasını böyük hesabla (5:0) məğlub edib. Yunanıstan isə öz meydanında Serbiyaya qalib gəlib (1:0). Almaniya, Niderland və Yunanıstan yığmalarının hər biri 11 xal toplasa da, yunanlar top fərqinə görə rəqiblərindən geri qalaraq pley-offa yüksələ bilməyiblər. Serbiya komandası isə elit diviziondan birbaşa düşməkdən xilas olub.
Hazırda pley-off mərhələsində iştirak edəcək səkkiz komandadan yeddisi məlumdur. Onların arasında Fransa, Belçika, İngiltərə, İspaniya və turnirin hazırkı qalibi Portuqaliya yığmaları da yer alır.