Bakı. Trend:
İndoneziya sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar noyabrın 15-də Qrinviç vaxtı ilə saat 15:41-də baş verib.
Zəlzələnin episentri Qorontalo şəhərindən 169 kilometr şimal-qərbdə, ocağı isə 487,4 kilometr dərinlikdə yerləşib.
Hesabatda tələfat və dağıntılar barədə məlumat verilməyib.