Bakı. Trend:
Tovuzda hamilə bıçaqlanıb.
Trend-in məlumatına görə, S. Məmmədli kəsici alətlə xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Polisin keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə. Məmmədzadə saxlanılıb.
Əldə etdiyimiz məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.