Bakı.Trend:
Azərbaycanda 2027-ci ildə kənd təsərrüfatına dövlət büdcəsi xərclərinin 3,3 faizi həcmində vəsait sərf olunacaq.Bu sahəyə ayrılan vəsait 25-ci ilin icra göstəriciləri ilə müqayisədə 258,6 milyon manat və ya 23,1% çoxdur.
Bunu Maliyyə nazirinin müavini Himalay Məmişov bu gün Milli Məclisin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib
Onun sözlərinə görə, növbəti ilin büdcə layihəsində bu xərclər nəzərdə tutulub.
Belə ki, bu xərclərin tərkibində 775 milyon manat subsidiyaların maliyyələşdirilməsinə, 477 milyon manat meliorasiya tədbirlərinə, meliorasiya tədbirləri üzrə xərclərin qarşılanmasına, 128 milyon manat isə digər kənd təsərrüfatı tədbirlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulur.
Nazir müavini vurğulayıb ki, eyni zamanda digər kənd təsərrüfatı tədbirlərinin xərclərin strukturuna nəzər saldıqda, burada 53 milyon manat baytarlıq xidməti, 13,1 milyon manat aqrar xidmətlər xərcləri, 14,6 milyon manat maddi-texniki təminatın möhkəmləndirilməsi xərcləridir.
Təhsil və elm xərcləri 5,4 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da dövlət büdcəsi xərclərinin 12,6 faizini təşkil edir. Bu göstərici 2025-ci illə müqayisədə 538 milyon manat və ya 11,2 faiz çoxdur.
Səhiyyə sahəsinə dövlət büdcəsindən 2,1 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu, dövlət büdcəsi xərclərinin 4,9 faizini təşkil edir. Sözügedən məbləğ 2025-ci ilin göstəricisi ilə müqayisədə 808,8 milyon manat və ya 63,4 faiz çoxdur. Bununla yanaşı, icmal büdcədə səhiyyə xərcləri 4 milyard manat təşkil edəcək.
Sosial müdafiə və sosial təminat xərcləri üçün dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulub ki, bu da büdcə xərclərinin 11,6 faizinə bərabərdir. 2025-ci illə müqayisədə bu xərclər 359,8 milyon manat və ya 7,9 faiz artacaq.