Bakı. Trend:
COP31 çərçivəsində Antalyada ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Bahodur Şeralizoda ilə görüşüb.
Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin bərpası, iqlim fəaliyyəti mövzuları müzakirə olunub. Eyni zamanda, Azərbaycanda yeni milli parkların yaradılması və bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan prioritet tədbirlər barədə Tacikistan tərəfinə məlumat verilib.


