Bakı. Trend:
"Beşiktaş" transfer çalışmalarını davam etdirir.
Türkiyə mətbuatının məlumatına görə, İstanbul təmsilçisi “Los-Anceles”də oynayan Son Honq-mini heyətinə qatmaq niyyətindədir.
34 yaşlı cənubi koreyalı futbolçu özü də Türkiyədə oynamağa mənfi yanaşmır. Onun MLS klubu ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.
O, karyerası ərzində “Hamburq”, “Bayer”(Leverkuzen), “Tottenhem” klublarında oynayıb.