Bakı. Trend:
İranın tələbləri icra olunduğu halda, Hörmüz boğazına təhlükəsizlik və sabitlik qayıdacaq.
İranın Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bazar ertəsi (9 noyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.
“İran və ABŞ arasında müzakirələrlə əlaqədar çox aydın şəkildə İran qarşı tərəfə elan olunub ki, İranın iki günlük planı İranın xoşməramlı olduğunu göstərir. İran ən məntiqli şəkildə bəyan edib ki, ABŞ İranın tələblərini yerinə yetirərsə, region iki gün ərzində müsbət hadisələrin şahidi olacaq və Hörmüz boğazına təhlükəsizlik qayıdacaq”, -deyə o qeyd edib.
Bəqai əlavə edib ki, müzakirələr aparıldığı bir halda ABŞ 9 aydan az müddət ərzində İrana iki dəfə hücum edib. Halbuki ABŞ-nin irəli sürdüyü iddianı əsaslandırmaq olmaz.
“İran üçün ABŞ-nin addımı məntiqli hesab olunmur. ABŞ tərəfi öz prezidentinin imzasına məhəl qoymayıb. İslamabad anlaşma memorandumu iki həftədən çox davam etməyib”, -deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.