Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın ətrafında Dövlət katibi Marko Rubionun mümkün əvəzlənməsi ilə bağlı müzakirələr aparılır. ABŞ-nin Hindistandakı səfiri Serxio Qor Rubionun yerinə dövlət katibi vəzifəsinə namizəd kimi nəzərdən keçirilir.
Bu barədə “The Washington Sun” qəzeti daxili müzakirələrlə tanış olan 10 mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlubiyyətindən sonra Trampın ətrafında Serxio Qorun bir neçə yüksək vəzifəyə təyin olunması variantı müzakirə edilir.
Belə ki, Qorun hazırda Marko Rubionun tutduğu dövlət katibi postuna, Syuzi Uaylsın yerinə Ağ Evin aparat rəhbəri vəzifəsinə, eləcə də Kristofer Landaunun əvəzinə dövlət katibinin müavini postuna namizədliyi nəzərdən keçirilir.
Daxili müzakirələrlə tanış olan ABŞ rəsmilərindən biri nəşrə açıqlamasında bildirib ki, Qor daha böyük ictimai-siyasi rol oynamaq istəyir.
Hələlik Ağ Evdən bu ehtimallarla bağlı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, Marko Rubio 2025-ci ilin yanvarından Dövlət katibidir.