Bakı. Trend:
Bu il oktyabrın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 113,545 milyon manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankının statistik bülleteni əsasında hesablamasına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 milyon manat və ya 17,7 faiz artıb.
Hesabat dövründə Qarabağ iqtisadi rayonundan cəlb olunmuş əmanətlər üzrə orta faiz dərəcəsi 5,74 faiz təşkil edib.
Sözügedən əmanətlərin 109,622 milyon manatı milli valyutada, 3,923 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) olub.
Qarabağ iqtisadi rayonunda tələb olunanadək əmanətlərin həcmi 47,564 milyon manat təşkil edib. Bunun 46,120 milyon manatı milli valyutada, 1,444 milyon manatı isə SDV-də yerləşdirilib.
Müddətli əmanətlərin həcmi isə 65,981 milyon manata çatıb. Bu əmanətlərin 63,502 milyon manatı milli valyutada, 2,479 milyon manatı isə sərbəst dönərli valyutada olub.
Eyni zamanda, bu ilin oktyabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 1,433 milyon manat təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 598 min manat və ya təxminən 1,7 dəfə çoxdur.
Hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlər üzrə orta faiz dərəcəsi 4,87 faiz olub. Regiondan cəlb edilmiş əmanətlərin 1,370 milyon manatı milli valyutada, 63 min manatı isə SDV-də yerləşdirilib.
Şərqi Zəngəzurda tələb olunanadək əmanətlərin həcmi 662 min manat təşkil edib. Bunun 634 min manatı milli valyutada, 28 min manatı isə SDV-də olub. Müddətli əmanətlərin həcmi 771 min manat təşkil edib. Sözügedən əmanətlərin 736 min manatı milli valyutada, 35 min manatı isə SDV-də yerləşdirilib.
Beləliklə, oktyabrın 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından cəlb olunmuş əmanətlərin ümumi həcmi 114,978 milyon manata çatıb.
Qeyd edək ki, bu ilin oktyabrın 1-nə Azərbaycanın bütün iqtisadi rayonları üzrə cəlb olunmuş əmanətlərin həcmi 18,840 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,045 milyard manat və ya 19,3 faiz çoxdur.
Ümumi əmanət portfelinin 13,540 milyard manatı milli valyutada, 5,300 milyard manatı isə sərbəst dönərli valyutada olub. Ölkə üzrə cəlb olunmuş əmanətlər üzrə orta faiz dərəcəsi 5,26 faiz təşkil edib.
Azərbaycan üzrə əmanətlərin strukturunda tələb olunanadək əmanətlərin həcmi 7,107 milyard manat, müddətli əmanətlərin həcmi isə 11,733 milyard manat olub.