Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 27,4%-ni Şimali Amerikaya yatırılan investisiyalar təşkil edib.
Bu barədə ARDNF-nin məlumatında bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz bəndi çoxdur.
Bununla yanaşı, cari ilin oktyabrın 1-nə fondun investisiya portfelinin 26,3%-ni Avropaya (ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz bəndi az), 9,5%-ni Asiyaya (1 faiz bəndi çox), 1,9%-ni Yaxın Şərqə (ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz bəndi çox), 1,1%-ni Yeni Zellandiya və Avstraliyaya (0,1 faiz bəndi çox), 0,1%-ni Latın Amerikasına (əvvəlki ilin eyni dövründəki göstərici ilə eyni) yatırılan investisyalar təşkil edib.
Fondun Afrikaya yatırılan investisyaları isə portfelin 0,03%-nə bərabər olub (ötən ilin eyni dövrü ilə müqayisədə 0,01 faiz bəndi çox).
Qızıla investisiyalar portfelin 32,3%-i, beynəlxalq maliyyə təşkilatlarına investisiyalar isə portfelin 1,4%-i qədər olub.