Bakı.Trend:
Futbol üzrə Ukrayna Milli Komandasının keçmiş üzvü Roman Maksimyuk cəbhə xəttində gedən döyüşlərdə həlak olub.
Bu barədə Ukraynanın UNİAN xəbər agentliyi futbolçunun həyat yoldaşına istinadən bildirib.
Maksimyuk “Volın”, “Dnepr” və Kiyevin “Dinamo” klublarının şərəfini qoruyub.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ukrayna Müdafiə Qüvvələrinə dəstək məqsədilə vəsait toplamaq üçün xeyriyyə futbol turnirlərində iştirak edib. 2022-ci ilin payızında Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub. 2025-ci il martın ortalarında Maksimyukun itkin düşdüyü məlum olub. O, sonuncu dəfə 2025-ci il yanvarın sonunda, Pokrovsk istiqamətindəki mövqeyə göndərilərkən həyat yoldaşı ilə əlaqə saxlayıb.
