Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İranla silahlı münaqişənin Amerika ordusu üçün o qədər asan olduğunu bildirib ki, bunun müharibədən çox hərbi təlimlərə bənzədiyini vurğulayıb.
Bu barədə ABŞ Prezidenti Corciya ştatında Respublikaçıların seçkiqabağı mitinqində çıxışı zamanı deyib.
“Bu, müharibə deyil, sadəcə təlimlərdir, təlimlər”, – deyə D. Tramp bildirib.
Qeyd edək ki, sentyabr ayında Pentaqon Konqresə İrana qarşı hərbi əməliyyatlara 45,1 milyard dollar xərcləndiyi barədə hesabat təqdim edib.