Bakı.Trend:
Oktyabrın 16-da İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.
Bu barədə ermənistanlı Baş nazir öz rəsmi "Facebook" səhifəsində videomaterial yayıb.
Görüşdə liderlər ikitərəfli münasibətləri, eləcə də gündəmdə olan regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Pezeşkian COP-17 Liderlər Sammitində iştirak etmək üçün İrəvana gəlib. Oktyabrın 16-da İrəvanda, “Meridian” Sərgi Mərkəzində COP-17 Liderlər Sammitinə start verilib.