Bakı.Trend:
Avropa Parlamenti öz funksiyasını itirib və onun qətnamələri heç bir dəyər daşımır.
Gürcütan KİV-nin məlumatına görə, bunu Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
Onun sözlərinə görə, avropalı deputatların sənədləri qərəz, yalan və siyasi spekulyasiyalara əsaslanır və buna görə də heç bir dəyər daşımır.
“Avropa Parlamentinin funksiyası dəyərdən düşüb. Burada ən başlıcası və vacib olan odur ki, onların bütün bəyanatları və qətnamələri yalnız yalan, konkret məsələlərlə bağlı ədalətsiz münasibət, qərəz və siyasi spekulyasiyalarla doludur. Müvafiq olaraq, onların bəyanatları və ya qətnamələri heç bir dəyər daşımır”, – deyə Kaladze bildirib.