Bakı. Trend:
ABŞ administrasiyası ölkədə yaşayan təxminən 100 min ukraynalının Müvəqqəti Müdafiə Olunan Şəxs (TPS) statusunu uzatmaya bilər.
Bu barədə “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, administrasiya oktyabrın 19-dək statusun uzadılması və ya ləğvi ilə bağlı qərar verməlidir. Status ləğv edilərsə, həmin şəxslərin ABŞ-ni tərk etməsi tələb oluna bilər.
“Politico”nun mənbələri administrasiyanın statusu yeniləməmək, lakin onun müddətinin avtomatik uzanmasına imkan vermək variantını da nəzərdən keçirdiyini bildiriblər.
Qeyd olunur ki, ABŞ hakimiyyəti 2025-ci ildə ukraynalıların ölkəyə gəlməsinə imkan verən proqram üzrə yeni müraciətlərin qəbulunu dayandırıb.