Bakı. Trend:
Londonda Kamden rayonunun bələdiyyə şurasının rəhbəri Saqal Abdi-Vəli Britaniya parlamentinin İcmalar Palatasına (aşağı palata) Holborn və Sent-Pankras seçki dairəsi üzrə keçirilən təkrar seçkilərdə qalib gəlib.
Bu, oktyabrın 8-də keçirilən səsvermənin nəticələrindən irəli gəlir.
Hakim Leyboristlər Partiyasını təmsil edən Abdi-Vəli seçicilərin 45,17 faizinin səsini qazanıb. O, 1990-cı illərdə uşaq yaşlarında Somalidən qaçqın kimi Böyük Britaniyaya gəlib. Onun əsas rəqibi Yaşıllar Partiyasının lideri Zak Polanski olub. Seçicilərin 32,81 faizi ona səs verib.
Londonun şimalında yerləşən Holborn və Sent-Pankras seçki dairəsi üzrə İcmalar Palatasında deputat yeri Böyük Britaniyanın keçmiş baş naziri Kir Starmerin sentyabrın 1-də səlahiyyətlərini təhvil verdiyini və siyasətdən getdiyini elan etməsindən sonra boş qalıb.