Bakı. Trend:
Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının D Divizionunda ikinci matçına çıxıb.
2-ci qrupda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Lixtenşteyn yığmasını qəbul edib.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Millimiz ilk oyununda Litva ilə səfərdə heç-heçə edib. Lixtenşteyn isə eyni rəqibə evdə 0:2 uduzub.
UEFA Millətlər Liqası. D Divizonu. 3-cü tur
20:00 Azərbaycan - Lixtenşteyn 0:0
Baş hakim: Kristian-Petru Çioxirka Yan xətt hakimləri: Maksimilian Vays, Mixael Obritsberger Dördüncü hakim: Şafak Barmaksız VAR: Manuel Şüttenqruber AVAR: Alexander Harkam Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.