Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı monitorinqin nəticələrinə görə, Səbail rayonu Şıx çimərliyində çimmək tövsiyə edilmir. Burada dəniz suyunun tullantı ilə çirklənməsinin davam etdiyi və bakterioloji çirklənmə göstəricilərinin normativlərin tələblərinə cavab vermədiyi müəyyən olunub. Buna rəğmən ərazidə xeyli insan var.
Həkim Abbas Bağırov bildirib ki, bakterioloji çirklənməyə məruz qalan dəniz suyu burun, qulaq, boğaz, göz, mədə-bağırsaq, ginekoloji və dəri xəstəliklərinin yaranmasına səbəb olur.