Bakı. Trend:
Avropa İttifaqı (Aİ) dörd namizəd ölkənin üzvlük prosesini sürətləndirmək üçün mərhələli yol xəritələri hazırlayır.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, söhbət Albaniya, Moldova, Ukrayna və Monteneqrodan gedir.
Məlumata əsasən, Avropa Komissiyası tərəfindən hazırlanacaq yol xəritələrində hər bir ölkənin yerinə yetirməli olduğu tələblər və üzvlük danışıqlarının başa çatdırılması üçün mərhələlər müəyyənləşdiriləcək.
Nəşr qeyd edir ki, Gürcüstan, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya, Serbiya və Türkiyə üçün hazırda belə yol xəritələrinin hazırlanması nəzərdə tutulmur.