Bakı. Trend:
“Comex” birjasında qızıl fyuçerslərinin qiyməti avqustun 5-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4 250 dollar həddindən aşağı düşüb.
Bu barədə ticarət platformasının məlumatlarında qeyd olunub.
Bakı vaxtı ilə saat 05:12-yə olan məlumata görə, qızılın qiyməti 1,74% azalaraq bir troya unsiyası üçün 4 246,2 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 05:20-yə doğru fyuçerslərin qiymətindəki eniş zəifləyib və qiymət bir troya unsiyası üçün 4 251,7 dollar (-1,61%) səviyyəsində olub.