Bakı. Trend:
Bu gün Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq matçına çıxıb.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Tacikistan millisini qəbul edib.
8-ci km qəsəbə stadionunda reallaşan görüş yığmamızın minimal hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşma bu ayın sonu və oktyabrın əvvəlində start götürəcək UEFA Millətlər Liqası oyunlarına hazırlıq xarakteri daşıyır.
Beynəlxalq yolşdalıq oyunu
20:00 Azərbaycan – Tacikistan 1:0 Qol: Toral Bayramov, 58
Baş hakim: Roman Jitari Yan xətt hakimləri: Vlad Lifçiu, Vadim Vikol (hamısı Moldova) Dördüncü hakim: Kamranbəy Rəhimov (Azərbaycan) VAR: Abduraşid Xudoyberqanov (Özbəkistan) AVAR: Kamran Bayramov (Azərbaycan) Bakı, 8-ci km qəsəbə stadionu.