Bakı.Trend:
Yaponiyda yaxınlaşan dağıdıcı “Ducuan” tayfunu ilə əlaqədar məlumatların toplanması və vəziyyətə operativ reaksiya verilməsi üzrə xüsusi qərargah yaradılıb.
Bu barədə Yaponiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tayfunun episentri Honsyu adasının Sakit okean sahilinin mərkəzi hissəsinin cənubunda yerləşir və saatda təxminən 25 km sürətlə şimal-şərq istiqamətində hərəkətini davam etdirir. Proqnozlara görə, tayfun bazar ertəsi günün ikinci yarısında İzu yarımadasına, daha sonra isə Tokio ərazisinə yaxınlaşacaq.
Sinoptiklər güclü leysan yağışları, çayların daşması və torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq edir, sakinlərə küçəyə çıxmamaq tövsiyə olunur. Çiba prefekturasının bəzi rayonlarında artıq təhlükəsiz yerlərə təxliyə ilə bağlı tövsiyələr qüvvədədir.
Tayfun güclü küləklər və küləyin kəskin şiddətlənməsi, eləcə də leysan yağışları ilə müşayiət olunur. Son iki sutka ərzində bəzi ərazilərdə 410 mm-dən çox yağıntı düşüb. Sinoptiklər saatda təxminən 80 mm intensivlikdə leysan yağışları proqnozlaşdırırlar.
Bu arada son məlumatlara görə, Yaponiyanın baş naziri Sanae Takaiçinin ABŞ-yə uçuşu “Ducuan” tayfunu ilə əlaqədar təxirə salına bilər.