Bakı.Trend:
Rumıniyanın keçmiş prezidentliyə namizədi Kalin Corcesku saxlanılıb.
Bu barədə "Digi24" məlumat yayıb.
"Digi24"ün məlumatına görə, Corcesku ilə yanaşı, daha bir Rumıniya vətəndaşı və İtaliya vətəndaşı da saxlanılıb. Onların adları açıqlanmayıb. Telekanalın məlumatına görə, istintaq təxminən 1,1 milyon avro məbləğində dələduzluq ehtimalını araşdırır.
Kalin Corcesku 24 noyabr 2024-cü ildə Rumıniyada keçirilən prezident seçkilərinin ilk turunda qalib gəlib. Lakin ölkənin Konstitusiya Məhkəməsi daha sonra seçki kampaniyasının nəticələrini tamamilə ləğv edib. Sonrakı dövrdə siyasətçiyə qarşı bir sıra ittihamlar, o cümlədən konstitusiya quruluşuna qarşı hərəkətlərə təhrik etmə ittihamı irəli sürülüb. O, buna qədər məhkəmə nəzarətində olub.