Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Regional Su Meliorasiya Xidməti Füzuli rayonunun Qayıdış qəsəbələrinin (1,2,3,4,5,6,7,8,9,10,11 nömrəli) su təchizatı sisteminin yaxşılaşdırılması" üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə bağlı tender elan edib.
Prosedurda iştirak haqqı 194,70 manatdır.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 8 oktyabr 2026-cı il saat 17:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 8 oktyabr saat 17:00-da (GMT+4) baş tutacaq.
Əlavə məlumat üçün telefon: (+994) 12 377 07 70 (601)
Əlaqədar şəxs: Elşad Fərəcov
Email: [email protected]
Ünvan: Bakı ş. AZ1000, Hökümət Evi, mər. 5