Bakı. Trend:
Böyük Britaniyada özəl kirayə mənzillərin orta qiyməti avqust ayında illik müqayisədə bu ilin ən yüksək artım tempini göstərib.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin açıqladığı məlumatlara əsasən, avqustda orta kirayə qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artıb. İyul ayında isə illik artım 3,7 faiz təşkil etmişdi. Beləliklə, avqust göstəricisi ötən ilin dekabrından bəri qeydə alınan ən yüksək illik artım olub.
Eyni zamanda, ölkədə mənzil qiymətlərinin artım tempində müəyyən zəifləmə müşahidə edilib. İyul ayında evlərin qiymətləri illik müqayisədə 1,4 faiz artıb. İyun ayında bu göstərici 1,5 faiz olmuşdu.