Bakı.Trend:
İrəvanda Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın qardaşı Genrik Abramyan Anti-Korrupsiya Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ermənistan KİV-nin məlumatına görə, bu barədə cümə günü komitənin mətbuat xidməti məlumat yayıb.
“Vəzifəli şəxs tərəfindən səlahiyyətlərindən sui-istifadə edilməsi, bu əməlin törədilməsinə kömək göstərilməsi, xidməti saxtakarlıq və saxta sənəddən istifadə faktları üzrə aparılan icraat çərçivəsində Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın qardaşı saxlanılıb”, - deyə məlumatda bildirilib.
Ovik Abramyan 2014–2016-cı illərdə Ermənistanın Baş naziri vəzifəsini tutub.