Bakı. Trend:
Almaniya kansleri Fridrix Merts ölkənin iqtisadi böhrandan çıxmaq yolunda olduğunu bildirib.
Bu barədə Fridrix Merts Xristian Demokrat İttifaqının (XDİ) Berlin bölməsinin seçkiqabağı tədbirində çıxışı zamanı deyib.
“Biz böhrandan çıxmaq yolundayıq”, – deyə F. Merts bildirib.
Ekspertlərin proqnozuna görə, 2026-cı ildə Almaniya iqtisadiyyatının artımı təxminən 1,3 faiz təşkil edəcək. “Biz daralan və ya durğunluq yaşayan iqtisadiyyatın bu dibindən çıxmışıq”, – Almaniya hökumətinin başçısı vurğulayıb.
Bununla belə, onun sözlərinə görə, islahatlar hələ də zəruridir.