Bakı. Trend:
2014-cü il futbol üzrə dünya çempionatının ən yaxşı bombardiri Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub.
Bu barədə futbolçu "Instagram" səhifəsində məlumat verib.
“Keçirdiyimiz hər oyun, yaşadığımız hər sevinc, tökdüyümüz hər göz yaşı və bölüşdüyümüz hər xoşbəxtlik üçün təşəkkür edirəm. Kolumbiya millisinin rənglərini qorumaq həyatımda ən böyük şərəflərdən biri olub”, - deyə Rodriges yazıb.
35 yaşlı Rodriges Kolumbiyanın “Atletiko Nasional” klubunda çıxış edir. Futbolçu Avropada İspaniyanın “Real” və “Rayo Valyekano”, İngiltərənin “Everton”, Almaniyanın “Bavariya”, Fransanın “Monako” və Portuqaliyanın “Portu” klublarında oynayıb.