Bakı. Trend:
Vaşinqtondakı məhkəmə yenidən ABŞ Prezidenti Donald Trampın adının ABŞ paytaxtının əsas teatr-konsert kompleksi olan Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzinin fasadında yerləşdirilməsini qadağan edib. Müvafiq qərarı mərkəzin adının dəyişdirilməsi cəhdləri, eləcə də onun əsaslı təmiri ilə bağlı əvvəllər mərkəzə qarşı qaldırılmış iddialara baxan federal dairə məhkəməsinin hakimi Kristofer Kuper çıxarıb.
“Sadə şəkildə desək, cavabdehlər ABŞ Konqresinin razılığı olmadan Kennedi Mərkəzində prezident Trampın və ya başqa hər hansı şəxsin şərəfinə xatirə lövhələri və ya abidələr yerləşdirə bilməzlər”, - deyə hakim qərarında bildirib. O, bir daha vurğulayıb ki, ABŞ-ın qanunverici hakimiyyəti vaxtilə mərkəzə yalnız “Prezident Con Kennedinin şərəfinə” ad verilməsinə qərar verib.
Öz növbəsində Tramp “Kennedi Mərkəzinin faktiki olaraq tənəzzül vəziyyətində olduğunu və bunun uzun illərdir davam etdiyini” bildirib. ABŞ lideri Truth Social platformasında yazıb ki, müəssisənin əsaslı təmirini həyata keçirmək və onun kifayət qədər ağır maliyyə vəziyyətini yaxşılaşdırmaq, yəni “edilməsi lazım olanları etmək” üçün prezident səlahiyyətləri tələb olunacaq.
Tramp hesab edir ki, “binanın təhlükəsizliyi” təhdid altındadır.