Bakı. Trend:
Portuqaliyalı hücumçu, beşqat “Qızıl top” sahibi Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Asiya Çempionlar Liqasının ilk turunda səfərdə BƏƏ-nin “Əl-Ayn” komandasına 0:4 hesabı ilə uduzub.
Ronaldo matçın sonuna qədər meydanda olub.
Növbəti turda “Əl-Ayn” səfərdə İraqın “Əl-Kuva” komandası ilə, “Əl-Nəsr” isə Özbəkistanın “Neftçi” klubunu qəbul edəcək.
Görüşlər oktyabrın 12-də keçiriləcək.