Bakı.Trend:
İordaniyadan cənubda yerləşən Əqəbə limanda bütün personal təxliyə edilib.
Bu barədə "Reuters" məlumat yayıb.
Nəşrin məlumatına görə, bu addım şəhərin sənaye kompleksində qaz halında ammonyak sızması barədə məlumat daxil olduqdan sonra ehtiyat tədbiri kimi atılıb.
“Al-Mamlaka” telekanalının məlumatına görə, sızma nəticəsində azı 11 nəfər xəsarət alıb.
Məlumata görə, ammonyak sızmasının qarşısı alınıb. Zərərçəkənlər boğulma nəticəsində yüngül və orta dərəcəli xəsarətlər alıblar.