Bakı.Trend:
Sistemə nə qədər müəllim lazımdırsa, o sayda müəllim hazırlanmasının tərəfdarıyıq.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.
E. Əmrullayev qeyd edib ki, cari oldə müəllimlik ixtisasına 7 540 yer ayrılıb.
“Ötən illə müqayisədə 3 690 yer azaldılıb. Gözləntimiz odur ki, növbəti illərdə müəllimlik ixtisası rəqabətli peşəyə çevriləcək”,- deyə nazir əlavə edib.
Xəbər yenilənəcək...