Bakı. Trend:
Hörmüz boğazında tanker mərmi ilə vurulub.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
“UKMTO Hörmüz boğazında insident barədə məlumat alıb. Gəmi Hörmüz boğazından keçərkən naməlum mərmi ilə vurulub. Hazırda ekipaj üzvlərinin vəziyyəti, dəyən zərərin miqyası və ətraf mühitə təsir barədə məlumat yoxdur”, - deyə məlumatda bildirilib.
Gəminin adı və qeydiyyat limanı da daxil olmaqla, digər təfərrüatlar açıqlanmayıb.