Bakı. Trend:
Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Cizan bölgəsində Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının (husilər) atdığı mərminin düşməsi nəticəsində azı iki nəfər xəsarət alıb.
Bu barədə krallığın Mülki Müdafiə Xidmətinin rəsmi nümayəndəsi məlumat verib.
Bəyanata əsasən, sentyabrın 12-də Mülki Müdafiə Xidmətinə “husilərin terrorçu qruplaşması tərəfindən atılan mərminin düşməsi nəticəsində iki nəfərin yaralandığı, həmçinin məscidə, bir sıra binalara və nəqliyyat vasitələrinə maddi ziyan dəydiyi” barədə məlumat daxil olub. Nümayəndə baş verənlərin “beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması” olduğunu vurğulayıb.