Bakı. Trend:
Şimali Koreya şənbə günü Yapon dənizi istiqamətində naməlum mərmi atıb. Bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi atışın aşkar edildiyini bildirib, lakin əlavə məlumat verməyib.
Yonhap qeyd edir ki, Pxenyan avqust ayında ABŞ Prezidenti Donald Trampın ilin sonuna qədər Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini bildirməsindən bir neçə saat sonra dənizə doğru ballistik raketlərdən ibarət yaylım atəşi həyata keçirmişdi.