Bakı.Trend:
Britaniya hava limanlarında hava hərəkətinin idarə edilməsi sistemində baş vermiş genişmiqyaslı texniki nasazlıq səbəbindən 1,9 mindən çox reys təxirə salınıb.
Bu barədə “The Times” “Cirium”a istinadən məlumat yayıb.
Nasazlıq Hitrou, Qatvik, Stansted, London-Siti və digər hava limanlarının fəaliyyətinə təsir göstərib və Avropanın müxtəlif yerlərində reyslərin gecikməsinə səbəb olub.
“Ryanair” 200-dən çox reysin ləğv edildiyini və ya gecikdiyini, bunun 150 minədək sərnişinə təsir göstərdiyini açıqlayıb. “British Airways” isə 100-dən çox reysi ləğv edib və ya başqa istiqamətə yönləndirib, həmçinin çərşənbə günü mümkün fasilələr barədə xəbərdarlıq edib.
NATS-ın rəhbəri Martin Rolf kibertəhlükəni istisna edib. Böyük Britaniyanın Mülki Aviasiya İdarəsi NATS-dan baş vermiş hadisə ilə bağlı tam hesabat təqdim etməsini tələb edib.