Bakı. Trend:
Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti və yeni layihə təşəbbüslərini nəzərdən keçirib.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşdük. Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti və yeni layihə təşəbbüslərini nəzərdən keçirdik. KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi, eləcə də iqtisadi artımın və şaxələndirmənin yeni imkanlarının araşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini qeyd etdik.
Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidinin səmərəli tərəfdaşlığın inkişafına töhfə verəcəyini vurğuladıq", - paylaşımda qeyd edilib.