Bakı.Trend:
Nepal və Hindistan mütəxəssisləri Nepalın paytaxtından 133 km şimalda yerləşən Çilime Su Elektrik Stansiyasının tunelində olduğu ehtimal edilən 41 nəfərin xilas edilməsi əməliyyatını həyata keçirirlər.
Bu barədə "The Kathmandu Post" oxşar xilasetmə əməliyyatları üzrə avstraliyalı ekspert Arnold Diksə istinadən məlumat verib.
Onun sözlərinə görə, xilasedicilər ciddi çətinliklərlə üzləşirlər. Əslində, tunellərdə qalan insanların xilas edilməsi istiqamətində bir neçə fərqli yerdə eyni vaxtda iş aparılır.
Avqustun 26-da Nepalın şimalında güclü sel baş verib. Buna Çinlə sərhəddə, Rasuvaqadhi sərhəd-keçid məntəqəsindən təxminən 20 km şimal-şərqdə baş verən qar uçqunu səbəb olub. Dağ süxurlarından ibarət axın böyük sürətlə çay məcrası boyunca 70 km-dən çox məsafə qət edərək yaşayış məntəqələrini dağıdıb və geniş ərazini su altında qoyub.